Kurtizanka idi, səfirlə evləndi, admiralın məşuqəsi oldu - TARİXİN ƏN QƏRİBƏ TALELİ QADINI - fotolar

 
Admiral Nelsonun Britaniya tarixinə verdiyi töhfələr danılmazdır. Lakin onun adı ən çox ledi Hamiltonla birgə hallanırdı. Ledi Hamiltonun varlı və tanınmış kişiləri özünə heyran qoyub, sevgilərini qazanmaq kimi özəl cəhəti var idi. Taleyin hökmü ilə cazibədar Emma Hamilton gah zənginlik dənizində üzür, gah da səfalət içərisində sürünürdü.
Publika.az Emma Hamilton haqqında yazını təqdim edir.
Emma çox kasıb ailədə doğulmuşdu. 6 yaşından etibarən kömür xurcunları daşıyaraq çörək pulu qazanırdı. Sonralar o dayə, qulluqçu, satıcı işlərini bir-bir dəyişməyə başlayır. Böyüdükcə Emma öz gözəlliyinin fərqinə varıb, gənc oğlanlarla münasibət qurur.
Həmin dövrdə Londonda “sağlamlıq məbədi” fəaliyyət göstərirdi. Bu mərkəzi müasir cəmiyyətdə yəqın ki, qeyri-ənənəvi müalicə mərkəzi adlandırardılar. Qrehem adlı dırnaqarası təbib kişilərin cinsi zəifliyini müayinə edirdi. Bu ayinin əsas qəhrəmanları antik nağıl qəhrəmanlarını canlandıran yarıçılpaq gözəlçələr idi.
Məbədin prosedurları çox baha olduğundan, bura yalnız varlılar gəlirdi. Emma da mərkəzdə çalışır, təşrif buyuran varlı kişilərin rəğbətini qazanırdı. Çox keçmir ki, gənc kurtizanka adını dəyişib Emili Hart edir.
 
Mərkəzə gələnlər arasında Harri Fezerstoun adlı zadəgan da var idi və ilk baxışdan Emiliyə vurulmuşdu. Harri Emilini öz himayəsinə götürüb, məşuqəsi kimi bütün ehtiyaclarını ödəyirdi. Lakin eşq məbədindən gətirdiyi yüngüləxlaqlı qızla evlənməyi əsla düşünmürdü. 6 aydan sonra gənc məşuqəsindən bezən Harri onu evindən qovur.
Emilinin növbəti varlı himayədarı Çarlz Hervil olur. 3 ildən sonra Hervil Emilidən ayrılmaq qərarına gəlir. Lakin onunla daha mərhəmətli davranaraq, dayısın evinə işləməyə göndərir.
Britaniyanın Neapoldakı səfiri Lord Uilyam Hamilton Emilinin ən böyük arzusunu yerinə yetirən ilk zadəgan olur. Lord gənc xanımla evlənmək qərarına gəlir. Atası yaşında olan səfirlə evlənən Emili çox xoşbəxt idi. Ömür boyu arzuladığı dəbdəbəli həyat artıq onun qapısını döyürdü.
Emili hətta Neapolun kraliçası avstraliyalı Mariya Karolinanın rəğbətini qazanmağa nail olur.
Bir müddət sonra Hamilton ailəsinə məşhur dəniz komadiri gənc və cüssəli Qoratsio Nelson qonaq gəlir və uzun müddət onların iqamətgahında yaşayır. Admiral Nelson özü də ailəli olmasına baxmayaraq Emma ilə eşq macərası yaşamağa başlayır. Lord Hamilton arvadının xəyanətindən tezliklə xəbər tutsa da, buna göz yummağa çalışırdı.
 
Emma ilə admiralın qızı dünya gəlir. Bundan sonra yaşlı lord dünyasını dəyişir. İngiltərəyə geri dönən ledi Hamilton və onun qızını heç kim qəbul etmir. Çox keçmir ki, səfir Hamiltonun tək varisi olan qardaşı oğlu Emmanı öz mülkündən qovur.
 
Trafalqar döyüşü admiral Nelsona qələbə gətirsə də, onun həyatını əlindən alır. Tək qalan Emmili öncə Nelsonun mülkünü satıb, bir müddət maddi ehtiyaclarını ödəsə də, tezliklə bu pullar da bitir. Bundan sonra Emma ömrünün sonunadək səfalət içərisində yaşayır.
Leyla Sarabi

Загрузка...
Загрузка...