​Kürdüstanın parlament sədri istefa verdi

Baxış sayı: 
145

 
FaktXəbər-in verdiyi məlumata görə, İraq Kürd Regional Rəhbərliyinin parlamentinin sədri Yusif Məhəmməd vəzifəsindən istefa verdiyini açıqlayıb. O, Süleymaniyyə şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, üzvü olduğu "Qoran" (Dəyişiklik) hərəkatı ilə İslami Cəmiyyət Partiyasının koalisiya hökumətindən çıxmasından sonra parlament sədrliyindən istefa verib.
 
"İşə başladığım ilk gündən bu yana vəzifəmi xalqın mənafeyi üçün istifadə etmişəm. Əgər bu gün istefa qərarı vermişəmsə, bunu yenə eyni məqsəd üçün edirəm. Gələcəkdə də eyni məqsəd üçün yoluma davam edəcəyəm",-deyə Yusif Məhəmməd əlavə edib.
 
Qeyd edək ki, "Qoran" hərəkatı başçılıq müddəti qurtaran Məsud Bərzaninin vəzifə müddətinin uzadılmasına qarşı çıxaraq Süleymaniyyə şəhərində kütləvi aksiyalar keçirmişdi.

Загрузка...
Загрузка...