Kürdlərin mam Cəlalı öldü, geridə səfalət, savaş buraxdı - Video

 
 
İraq siyasi tarixinin və bölgədə yaşayan kürtlərin ən önəmli siyasi fiqurlarından sayılan, mam Cəlal (Cəlal əmi) deyə xitab olunan Cəlal Talabani bu gün 84 yaşında dünyasını dəyişdi.
 
O, 12 noyabr 1933-cü ildə İraqda anadan olub. İlk təhsilini Koyada alıb. Daha sonra Ərbil və Kərkükdə təhslini davam etdirib. 1946-ci ildə hələ 13 yaşındaykən kürd şagirdlərin gizli dərnəyinə üzv olub. Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşulub və 18 yaşında partiyanın mərkəz komitəsinə təyin edildi. Aktiv siyasi fəaliyyətlə məşğul olduğu üçün arzuladığı hüquq təhsilini ala bilməyib. Yalnız 1953-cü ildə ali təhsil almasına icazə verildi. Bu müddət ərzində o, "Khabat"və"Kürdüstan"adlı iki qəzetə redaktorluq eddib.
 
1961-ci ildə İraqda Abdülkərim Kasım hökumətinə qarşı üsyana qatılan Talabani 1963-cü ildə Kasımın devrilməsindən sonra ölkənin yeni lideri olan Abdüssəlam Ariflə müzakirələr aparan kürd nümayəndə heyətinə rəhbərlik edib.
 
Talabani ilə Kürd Demokrat Partiyasının (KDP) başqamı olan Mustafa Bərzani arasındakı fikir ayrılığı 1975-ci ildə pik həddə çatdı. Həmin ildə Talabani gələcək qayınatası İbrahim Əhmədin rəhbərliyi ilə qurulan təşkilata qoşuldu və Kürdüstan Yurdseverler Birliyini (KYB) təsis etdi.
 
Talabani KYB-nin sosialistyönümlü partiya olacağını, KDP-nin etnik siyasətini təkrarlamayacaqlarını bəyan etdi. KYB 1976-cı ildə Bağdat hökumətinə qarşı silahlı mübarizəyə başladı. 1988-ci ildə Bağdad hökuməti kürdlərə qarşı kimyəvi silahdan istifadə etməklə KYB-yə ağır zərbə vurdu. Bərzani və KDP-yə Türkiyə, Talabaniyə isə İran sahib çıxdı.
 
Körfəz müharibəsi zamanı Barzanı siyasi kursuna dəyişiklik etdi. İraqa müdaxilə edən Qərbin sayəsində ölkənin şimalında təhlükəsiz bölgə yaradıldı və bununla da KDP ilə KYB arasındakı buzlar qismən əridi. 1992-ci ildə İraq Kürd Muxtariyyəti yaradıldı.
 
Amma Bərzani ilə Talabani arasında razılıq uzun sürmədi və 1994-cü ildə münaqişə yenidən başladı. ABŞ-ın ciddi müdaxiləsindən sonra Talabani və Məsut Barzani 1998-ci ildə Vaşinqtonda sülh sazişi imzaladılar.
 
Talabani ABŞ və İngiltərənin rəhbərliyi altında qurulan Çoxtərəfli Koalisiya Qüvvələrinin İraqa müdaxilə etməsinə ən çox dəstək verən kürd siyasətçisi oldu.
 
KYB Türkiyədə terror aktları törədən PKK-ya dəstək verdi, Bərzani isə əksinə, PKK-nın əməllərini pislədi. 30 il boyunca Türkiyədə terror aktları törədən PKK ilə Ankara arasında sülhün əldə olunması üçün aparılan danışıqlarda Talabani də bir neçə dəfə iştirak edib.
 
Sabiq Türkiyə prezidenti Turqut Özalın 1991-ci ildə PKK ilə sülh danışıqlarında Talabani əsas vasitəçilərdən biri idi.
 
2003-cü ildə ABŞ-ın İraqa girməsində və Səddam Hüseynin edam olunmasında Talabani və digər kürd fəalların önəmli rolları oldu.
 
Talabani Səddamın məhkəmə prosesi müddətində İraqın yeni konstitusiyası və siyasi doktrinasını hazırlayan Şuranın üzvlərindən biri idi.
 
Talabani 6 aprel 2005-ci ildə İraq Milli Məclisi tərəfindən prezident seçildi.
 
2012-ci ildə Amerika səfəri zamanı beyin qanaxması diaqnozu ilə xəstəxanaya aparılan Talabani müalicəsini Almaniyada davam etdirdi. Səhhəti yaxşılaşandan sonra İraqın Süleymaniyə şəhərinə geri döndü. Amma onun səhhəti vəzifəsini davam etdirməyə imkan vermədi. 2014-cü ildə keçirilən seçkilərdə Talabaninin uşaqlıq dostu, kürd namizəd Fuad Masum qələbə qazandı.
 

Загрузка...
Загрузка...