​Kürdlərin ağır günləri başladı - Uçuşlar dayandırıldı

Baxış sayı: 
242
0  
0  

 
Şimali İraq Regional Muxtariyyəti dünyaya qarşı çıxaraq referendum keçirməsinə baxmayaraq, hazırda ağır günlər yaşamağa başlayb.
 
Teleqraf.com xəbər verir ki, dünən saat 18:00-dan başlayaraq Ərbil və Süleymaniyyə hava limanlarında uçuşlar dayandırılıb. Buna səbəb İraq hökumətinin bu istiqamətdə tətbiq etdiyi sanksiya olub.
 
Muxtariyyətin lideri Məsud Bərzani BMT-yə müraciət edərək kömək istəyib.
 
Türk mediası xəbər verir ki, artıq Ərbil hava limanı boşdur, muxtariyyət rəhbərləyi İraqın bu sanksiyası qarşısında küncə sıxılıb.
 
Hazırda Məsud Bərzani Bağdadın bu addımına qarşı BMT-yə müraciət edərək təyyarə uçuşlarına qoyulan qadağanı ləğv etmək istəyir.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...