Kürdlərdən etiraf: “Dördgünlük savaş göstərdi ki...”

Ermənistan yezidi kürdləri qəbul etmək iqtidarında deyil.
 Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yezidi kürdlərin “Sincar” təşkilatının sədri Boris Murazi söyləyib. O, indiyə qədər Ermənistana 3 yezidi kürd ailəsinin turist vizası sayəsində gəldiyini bildirib:
 “Onlar bura gələndən sonra biz onları qaçqın elan etdik. Yezidi kürdlər Avropanı daha çox istəyirlər. Ermənistan onlara Avropanın təklif etdiklərini verə bilməz. Dördgünlük müharibə göstərdi ki, Ermənistanın maliyyə-iqtisadi imkanları o qədər də böyük deyil və qaçqınlara yardım edə bilməz”.
 Qeyd edək ki, Ermənistan bundan öncə dəfələrlə bütün dünyaya car çəkərək, İraq və Suriya qaçqınlarına yardım etdiyini açıqlayıb. Üstəlik, prezident Serj Sərkisyan Ermənistanın 16 min qaçqın qəbul etdiyini də bildirib. Maraqlı məqam orasındadır ki, kürdləri Qarabağa yönəltməyə çalışan İrəvan öz bəyanatlarında həmişə yezidi kürdlərin yanında olacağını söyləyib. Bundan başqa, Suriya və İraqdan gələn kürdlərlə erməniləri Qarabağda yerləşdirməyi planlaşdıran Ermənistan görünür artıq bu planından da imtina etmək ərəfəsindədir.