​Kürdlərə 7 vertolyot silah verildi

 
    
 
Suriyadakı müxaliflərə daşınan hava müdafiə raketləri (Stinger) verilməsinin qarşısını açan büdcənin təsdiqlənməsindən sonra Amerika terror təşkilatına dəstək olmaq üçün vaxt itirmədən hərəkətə keçib. Vaşinqton rəhbərliyinin Obamanın layihəni imzalamasını gözləmədən terror təşkilatı PKK-nın Suriyadakı silahlı qolu YPG-yə vertolyotla silah göndərdiyi ortaya çxııb.
 
Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, YPG-nin başında olduğu Suriya Demokratik Güclərindən (SDG) səlahiyyətli nümayəndə ABŞ-ın YPG idarəsindəki Ayn İsaya 7 hərbi vertolyotla silah göndərdiyini bildirib. İŞİD-lə SDG əliylə mübarizə etməyə çalışan ABŞ-ın silahları Rakka əməliyyatının ikinci mərhələsi üçün göndərdiyi ifadə edilib. Digər tərəfdən "BasNews"a danışan bir digər SDG-li səlahiyyətli isə Rakka əməliyyatında istifadə edilmək üçün koalisiya ölkələrinin inkişaf etmiş silahlar verdiyini təsdiqləyib. Göndərilən silahlar arasında "Stinger" mərmiləri və zirehli maşınlara qarşı istifadə edilə biləcək raketlər olduğunu da etiraf edən səlahiyyətli ABŞ-ın Suriyada YPG-yə bağlı etibarlı bir bölgə meydana gətirməyi planladığını söyləyib.

Загрузка...
Загрузка...