Kürd Stalini”: “Kərkükü heç kimə verməyəcəyik”

 
Peşmərgə Kərkükü İraq ordusundan müdafiə etməyə hazırdır.
 
Axar.az xəbər verir ki, bunu “Sputnik Türkiyə” agentliyinə açıqlamasında İraqdakı peşmərgə qüvvələrinin komandanı Hüseyn Yezdanpane söyləyib.
 
“Biz buraya İraq ordusunun gəlməsinin tərəfdarı deyilik. Əgər onlar gəlsələr, biz müqavimət göstərəcəyik. Dünyada elə bir güc yoxdur ki, Kərkükü kürdlərdən alsın. İraqda Baş nazir Heydər Abadidən çox SEPAH komandiri Qasım Süleymaninin sözü keçir. Süleymani məhz indi Bağdadı idarə edir” – deyə o bildirib.
 
Qeyd edək ki, Yezdanpaneni xarici görünüşünə görə SSRİ lideri Stalinə oxşayır.

Загрузка...
Загрузка...