​Kürd lider: "Kərkük və Sincardan çıxmayacağıq"

 
 
Peşmərgə qüvvələri İŞİD-dən azad etdiyi Kərkük və Sincar bölgəsindən əsla çəkilməyəcək.
 
Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani "BBC Farsca"ya açıqlamasında deyib.
 
“Əməliyyatların 1-ci və 2-ci mərhələsi uğurla tamamlandı. Əvvəlcədən təxmin etdiyimiz kimi əməliyyat çətin keçdi. Əlbəttə ki, yaşayış sahələrində keçdikcə müəyyən ləngimələr olur. Çünki şəhər daxilində və xaricində əməliyyatlar bir-birindən fərqlənir. Ümumilikdə məsələ ilə bağlı müsbət fikirdəyik”, - Bərzani bildirib.

Загрузка...
Загрузка...