Kürd deputat Türkiyəyə meydan oxudu

 
Haqqında axtarış qərarı verilən HDP-çi deputat Tuğba Həzər Öztürk Belçikanın paytaxtı Brüsseldə mitinqdə çıxışı zamanı Türkiyə hökumətinə meydan oxuyub.
 
Axar.az xəbər verir ki, kürd deputatın “Cürətləri çatırsa hamımızı zindanlara atsınlar” ifadəsi diqqətlərdən yayınmayıb.
 
Qeyd edək ki, Öztürk “Silahlı terror qruplaşmasına üzv olmaq”, “Terror qruplaşmasına maddi dəstək vermək” və s. maddələrlə təqsirli bilinir.