Kudrin: ''Ziyanın yarısından qayıdaq'' - Putin: ''Yox''

“Rusiya texnoloji cəhətdən geri qalmış ölkədir. Bu səbəbdən o texnoloji hədəflərə yönəlməli və geopolitik gərginliyi azaltmalıdır”. Musavat.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu fikri Strateji araşdırmalar mərkəzinin rəhbəri Aleksey Kudrin tərəfindən İqtisadi Şuranın rəyasət heyətinin iclasında səsləndirilib.
Kudrin iclasda bu sözləri şəxsən Rusiya Federasiyası prezidenti Vladimir Putinə xitabən bildirib. Cavabında Putin Rusiyanın nədəsə geri qalmasına rəğmən minillik dövlət olduğunu bildirib və ölkənin suverenliyini, habelə strateji maraqları ilə alver etməyəcəyini söyləyib.
Rusiya prezidenti ölkəsinin suverenliyini hər zaman qoruyacağını vurğulayıb. Bununla bərabər Putin xarici kapitalın ölkədən getməyəcəyinə ümid etdiyini bildirib. Kreml mətbuatda gedən müzakirələrlə bağlı hər hansı bir rəsmi açıqlama verməyib.
Xatırladırıq ki, məhz Aleksey Kudrin hələ bu ilin marıtn 21-də hakimiyyətin struktur islahatları həyata keçirmədiyi təqdirdə rus iqdisadiyyatının dibdə qalacağını bəyan edib.