​“Küçəyə atılan uşağın göbəyindən bildik ki...” – Video

 
Bərdədə yeni doğulmuş oğlan uşağı xəstəxananın qarşısında atılıb.
 
Axar.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş, yanına uşaq yeməyi qoyulan, təxminən 7 günlük olan oğlan uşağı tapılıb.
 
Körpə oğlanın evdə doğulduğu məlum olub. Onun üzündə və bədəninin müxtəlif yerlərində doğuş zamanı əmələ gəlmiş zədələr mövcuddur.
 
"Saat 11:15-də, xəstəxananın qarşısında, çantanın içərisində körpə olduğunu görüblər. Körpənin yanında uşaq yeməyi də olub. Uşağı şöbəyə gətirib müayinə etdik. Oğlan uşağıdır. Çəkisi 2,5 kq, boyu isə 47 santimdir. Sağlam sayılır. Lakin göbəyi primitiv şəkildə bağlanıldığından, bunu ev doğuşu hesab edirik", - xəstəxananın həkimi Gülmira Məmmədova Region TV-yə deyib.
 
Sənədlər hazır olduqdan sonra körpənin Gəncədəki uşaq evinə göndərilməsi nəzərdə tutulur.