"Küçələr meyitlərlə dolu idi..." - Boris Dobinin 20 yanvar xatirələri - FOTOLAR

Baxış sayı: 
161
0  
0  

"Küçə ilə gəzmək qorxu ili idi. Hər tərəf meyitlərlə dolu idi. Bəlli idi ki, əsgərlər müqavimət göstərməyən silahsız insanları güllələmişdi".
“İsrail-Azərbaycan” Assosiasiyanın üzvü olan məşhur bakılı fotoqraf Boris Dobin 20 Yanvar faciəsinin canlı şahididir.
28 il vaxt keçsə də, Dobin Bakı küçələrində şahidi olduğu hadisələri ürəkağırısı ilə xatırlayır:
- 1990-cu ilin yanvar ayında İsraildən Bakıya gəlmişdim. Yanvarın 19-u axşam dostlarımla “İnturist” mehmanxanasına getdik. Axşam saat 10-da birdən sükut çökdü. Televiziya və radioların səsi kəsildi. Bu vəziyyət bizə qəribə gəldi və dostlarla sağollaşıb, evə getdik. Mən Moskva prospektində yerləşən mənzilimə çatandan sonra şəhərdə silah səsləri eşidilməyə başladı.
 
Görüntülər dəhşətli idi. Tanklar Bakını pis vəziyyətə salmışdı. Bilərəkdən səkinin üzərində dayanan avtomobillərin üzərindən keçmişdilər. Küçə ilə gəzmək qorxu ili idi. Küçələr meyitlərlə dolu idi. Bəlli idi ki, əsgərlər heç bir müqavimət göstərməyən silahsız insanları güllələmişdi. Bakıda törətdilən qətliam əsl faşizm idi. Buna başqa ad vermək olmaz. Həmin anları unutmaq mümkün deyil.

Загрузка...
Загрузка...