Kəşfiyyat şefindən Trampa: “Prezident olsa belə...”

ABŞ prezidenti əmr versə belə, məhkumlara işgəncə verilməsi üçün tapşırıq vermərəm.
 Axar.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Ouen Brennan Brukinqs İnstitutundakı çıxışında deyib.
 Onun sözlərinə görə, ABŞ-ın işgəncə hadisələri ilə xatırlanması ölkənin imicinə zərbədir:
 “Boğulma hissi verən (waterboarding) işgəncə metodunun tətbiq edilməsini istəyənlərdən zənglər alırıq. Nə qədər ki, MKİ-nin başında mənəm, belə bir hadisə baş verməyəcək”.
 Çıxışında Türkiyə ilə əlaqələrə də toxunan MKİ rəhbəri iki ölkə arasında dəqiq və dürsüt əməkdaşlığın olduğunu deyib:
 “Türkiyə ilə hər mövzuda ortaq fikrə sahib olmasaq da, çox dəqiq və dürüst bir əlaqəmiz var. Türkiyəli həmkarımla tez-tez əlaqə qururam”.
 Xatırladaq ki, Rspublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qalib gələcəyi təqdirdə işgəncə üsullarını yenidən tətbiq edəcəyini açıqlamışdı.