Kəşfiyyat: “Böyük planın davamına hazırlaşın...”

Rusiyanın Ukraynada apardığı müharibə Qərb və NATO ilə gələcəkdə Avropa ərazilərində aparacağı qarşıdurmanın ilkin fazasıdır.
 Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski söyləyib. Onun sözlərinə görə, Rusiya öz maraqlarının təmin edilməsi üçün hər şeydən, hətta hərbi gücdən də istifadə edəcək. O, Rusiyanın bunun üçün öz ordularını cənub-qərbi və qərb istiqamətində artırdığını bildirib:
 “Rusiya ordusunun strateji paylanması həyata keçirilir. Bu, artıq Avropa ilə hərbi konfliktə mümkün hazırlığın ilkin mərhələsidir. Bu proses Ukrayna və Baltikyanı ölkələrdə gedir”.