“Kərkük və Mosul üçün təhlükə yaranarsa, Türkiyə bu şəhərlərə müdaxilə edə bilər”

 
 
Elxan Şahinoğlu: “İndiki halda isə belə bir addımın atılması riskli olar”
 
Son günlər  bəzi türk siyasilər Kərkük və Mosulun Türkiyəyə birləşdirilməsi təklifi ilə çıxış edir. Onlar bunu İraq Kürdüstanı ilə bağlı keçirilən referendumdan sonra tarixi türk şəhərləri üçün ciddi təhlükənin olması ilə izah edirlər. Maraqlıdır, doğrudan da elə bir məqam yetişə bilərmi ki, proseslər Türkiyənin hər iki şəhəri özünə birləşdirməsi ilə nəticələnsin?
 
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu indiki məqamda belə bir addımın Türkiyə üçün riskli olduğunu vurğuladı:
 
“Bu, MHP tərəfindən sələndirilən bir təklifdir. Bu fikir uzun müddətdir ki, Türkiyədə gündəmdədir. Lakin indiki məqamda bunu reallaşdırmaq çətindir. Çünki türk ordusu Mosulu, Kərkükü tutsa, bu Türkiyə üçün mürəkkəb problemlər yaradar. Bu başqa məsələdir ki, referendumdan sonra Kürdüstan müstəqilliyini elan etsə, Kərkükü nəzarətə götürmək istəsə, o zaman Türkiyənin tam haqqı çatır ki, ordunu Kərkük və Mosula daxil edib bu şəhərləri nəzarətə götürsün. Lakin gərəkdir ki, bu məsələdə də Türkiyə təkbaşına hərəkət etməsin, rəsmi Bağdadla bunu razılaşdırsın. Çünki hər iki şəhər İraqa aiddir və Türkiyə İraqın ərazi bütövlüyünü tanıyır. Bir daha qeyd edirəm ki, bu yöndə addımlar yalnız həmin şəhərlər üçün təhlükə yaranan zaman atıla bilər. İndiki hadla isə belə addımların atılması risklidir”.

Загрузка...
Загрузка...