Kərkük bizimdir, burda öləcəyik... - Türkman lider

 
Türk dünyası olaraq Kərkükə daha çox dəstək olmalıyıq.
 
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Feysbuk hesabında yazıb.
 
“Bir az əvvəl İraq Türkman Cəbhəsinin lideri, dəyərli qardaşımız Ərşad Salihi ilə danışdım və “hər zaman yanınızdayıq” dedim. Onlar türk dövlətlərindən və diaspor qurumlarından daha çox dəstək gözləyirlər. Dünyada hər kəs görməlidir ki, heç vaxt yalnız deyillər. Bu gün keçirilən referenduma görə Ərşad bəyin və Kərkük türkmanlarının böyük narahatlığı var. Ərşad bəy “Kərkükdən heç vaxt əl çəkməyəcəyik. Ölsək də əl çəkmərik, çünki ora qədim türk yurdudur” dedi və türk dünyasına və bütün dünyaya onların səsini çatdırmağımızı istədi. Onların acısı bizim acımız, müharibələri bizim müharibəmizdir. Allah hər zaman onlara kömək olsun!”, - Qənirə Paşayeva bildirib.
 
Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqillik referendum keçirilir.

Загрузка...
Загрузка...