​Kərimova hakimiyyətə iddialı olmadığını bildirib

Özbəkistan prezidenti İslam Kərimovun xəstə yatağına düşməsindən sonra onun varisinin kim olacağı ilə bağlı müzakirələr başlayıb.
 
 
 
Kərimovun varisinin kiçik qızı Lola Kərimova ola biləcəyi haqda iddialar var. Lakin L. Kərimova hakimiyyətə iddialı olmadığını bildirib.
 
 
 
O, hələ bu ilin əvvəlində gələcəkdə Özbəkistanın prezidenti olmaq istəmədiyini açıqlayıb.
 
 
 
“Öz həyatımı dəyişmək, dövlət idarəçiliyində işləmək, yaxud dövlət xadimi olmaq niyyətində deyiləm. Mənim hədəfim və ya missiyam ilk növbədə ailəmə və mənəvi inkişafına aiddir. Nə vaxt mənim övladlarım yaxşı, tərbiyəli və xeyirxah insanlar kimi böyüyəcək, missiyamın əhəmiyyətli hissəsinin yerinə yetirildiyini hesab edəcək. Hədəflərimi aydın şəkildə görürəm, lakin onların arasında hakimiyyət yoxdur”, - deyə o “İnstagram” səhifəsində yazıb.