​Kriminal Avtoritet qətlə yetrildi

Şirvan şəhərində qətl törədilib.
 
Vetenperverler.az-a verilən məlumata görə, Şirvan şəhər sakini Krimnal aləmdə"Dəli Əvəz" ləqəbi ilə tanınan Əvəz adlı şəxsi (soyadı hələlik məlum deyil) bıçaqla qətlə yetirirlib. Vetenperverler.az-a Şirvan şəhərindən verilən məlumata görə Məmmədov Yaşarın qardaşı Anar Məmmədovun telefon mağazasından nisyə telefon alan Əvəz, borcunu uzun müddətdir ki, ödəmirmiş. Bu məsələ ilə bağlı tərəflər arsında insident yaranıb. Krimnal aləmdə böyük nüfuza malik olan "Dəli Əvəz" Yaşar Məmmədovun qardaşı Anar Məmmədova yumruq atıb. Bundan sonra dava qızışıb. Bu zaman Yaşar Məmmədov Əvəzi bıçaqla vuraraq xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılsada həyata qaytarmaq mümkün olmamışdır.
Məlumata görə Əvəz əvvəllər qəsdən adam öldürməyə görə məhkumluq həyatı yaşayıb.
 
Hadisəni törədən Yaşat Məmmədov yaralını xəstəxanaya çatdırdıqdan sonra polisə təslim olub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Загрузка...
Загрузка...