Kremldən əmr gözləyirlər - Müharibə istənilən vaxt BAŞLAYA BİLƏR

Rusiya istənilən vaxt Kremldən verilən əmrlə dövlətimizə qarşı genişmiqyaslı döyüş əməliyyatlarına başlaya bilər.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna-NATO Komissiyasının iclasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.
“Rusiya Ukrayna ilə sərhəd boyu güclü hərbi infrastrukturu yaradır və istənilən vaxt dövlətimizə qarşı genişmiqyaslı döyüş əməliyyatları başlaya bilər. Həm də Putinin (Rusiya prezidenti Vladimir Putin – red.) qərarı Ukraynanın hərəkətlərindən asılı olmayacaq. Əksinə, Rusiyada daxili siyasət vəziyyətin inkişafı xarici siyasət və hərbi macəralar üçün əhəmiyyətli amilidir”, - o deyib.
Turçinov Rusiyanın regional və qismən qlobal hökmranlığının bərpasına yönəldilmiş siyasətini “qisasçı” adlandırıb. Onun sözlərinə görə, bu siyasət Avropanın şərqində və bütövlükdə qitədə təhlükəsizliyə zərər vurur.
Turçinov bildirib ki, avroatlantik məkana inteqrasiya Ukraynanın strateji hədəfidir.
Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna Ali Radası bloklara qoşulmamaq siyasətindən imtinanı nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni hərbi doktrina NATO-ya üzvlük siyasətinin aparılmasını nəzərdə tutur. Hərbi doktrinaya görə Ukrayna öz silahlı qüvvələrini 2020-ci ilə qədər NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməlidir. 2015-ci ilin dekabrında prezident Pyotr Poroşenkonun Brüsselə səfəri zamanı müdafiə-texniki əməkdaşlıq üzrə Ukrayna və NATO arasında “Yol xəritəsi” imzalanıb.
Bu ilin iyununda isə Ukrayna Ali Radası ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarının möhkəmləndirən qanun layihəsini qəbul edib.
Amma ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-a üzvlüyə iddia edə bilməyəcək. Avropa Komissiyasının başçısı Jan-Klod Yunker bildirib ki, Avropa İttifaqı və ya NATO-ya üzv olmaq üçün Ukraynaya 20-25 il lazım olacaq.
Rusiya isə həmsərhəd olduğu Ukraynanın NATO-ya üzvlüyünə sərt şəkildə qarşı çıxır.
Ömər Dağlı

Загрузка...
Загрузка...