Kreml Türkiyənin barışıq təklifini qəbul etmədi

Rusiya Prezidentinin mətbuat sözcüsü Aleksey Peskov iki dövlət arasında münasibətlərin düzəldilməsi ilə bağlı hər hansı bir işçi qrupuna ehtiyac olmadığını söyləyib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, o, bunu türkiyəli həmkarı Mövlud Çavuşoğlunun bu gün səsləndirdiyi fikirlərə reaksiya olaraq səsləndirib.
Peskovun sözlərinə görə, Moskva və Ankara arasında münasibətlərin düzəldilməsi üçün RF prezidenti Vladimir Putinin Afinada səsləndirdiyi təkliflər (Türkiyənin üzr istəməsi, təzminat ödənilməsi və s.) yetərlidir.