Kreml: Mayda Putinin Bakıya səfəri planlaşdırılmayıb

May ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılmayıb.
 Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.
 Məlumatda bildirilib ki, V. Putinin may ayında Bakıya səfər edəcəyi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur: “Bu ay ərzində prezidentin Azərbaycana səfəri planlaşdırılmır”.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə isə Rusiya prezidentinin yay fəslinin sonuna kimi Azərbaycana səfər edəcəyi istisna edilmir. Səfər güman ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştiraklı bağlı olacaq.