“Kredit və vergi borcuna görə şəxsiyyət vəsiqəsi verilmir” - Deputat

 
Favzil Mustafa şəxsiyyət vəsiqəsi ala bilməyənlərin problemi qaldırıldı
 
Milli Məclisin iclasında deputat Fazil Mustafa vətəndaşlar tərəfindən ona edilən mühüm müraciəti səsləndirib.
 
O bildirib ki, Azərbaycanda bir sıra xidmətlərin “ASAN Xidmət”ə verilməsi çox yaxşıdır: “Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Yəni ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz.  Bank sistemində kiminsə səhvini axı “ASAN Xidmət” ödəməli deyil?! Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o yoxsullaşıb, kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bu hüququ məhdudlaşdırmağın mənası yoxdur”.