​Kredit, mitinq, Qarabağ, Tramp... - ADP-nin toplantısında müzakirə olundu

 
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
 
Pariyadan Mia.az-a daxil olan məlumata ggörə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
 
Toplantı iştirakçıları ilk növbədə ABŞ-da keçirilən və Respublikaçılar partiyasının nümayəndəsi D.Trampın qələbəsi ilə başa çatan prezident seçkilərinin nəticələrinə münasibət bildirib. Seçkilərin azad, demokratik, şəffaf şəkildə keçirilməsinə diqqət çəkən partiya yetkililəri əldə edilən nəticənin amerika xalqının azad iradəsinin ifadəsi kimi dəyərləndirib. ADP İH  D.Trampın iştirakı ilə formalaşacaq  yeni  hakimiyyətin dünyada təhlükəsizliyin, əməkdaşlığın qorunmasına, demokratiyanın genişlənməsinə, Yaxın və Orta Şərqdə sülhün bərpasına, Dağlıq Qarabağ probleminin həllinə ədalətli şəkildə dəstək verəcəyinə əminlik istəklərini ifadə edib və seçkilərdə qələbə çalması münasibəti ilə ABŞ Respublikaçılarının liderinə təbrik məktubu ünvanlayıb.
 
İdarə Heyəti banklardan kredit götürən vətəndaşların borclarınını ödəyə bilməməsi səbəbi ilə onlara yeni şəxsiyyət vəsiqələrinin verilməsində, müddəti bitən kimliklərin yenilənməsi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsindən narahat olduğunu bildirib və bu cür cəhdlərin vətəndaşların konstitusiya ilə təsbit edilən fundamental hüquqlarının pozulması, sərbəst hərəkət imkanının əlindən alınması kimi dəyərləndirib, hakimiyyət yetkililərini bu cür antikonstitusion addımlar atmaqdan geri durmağa çağırıb. Partiya rəsmiləri həmçinin manatın devalvasiyaya uğraması ucbatından vətəndaşların üzərində ağır yükə çevrilən kredit borclarının ödənilməsi üçün hakimiyyətin bir sıra yüngülləşdirici addımlar atılmasının,  aztəminatlı ailələr üçün xüsusi qaydaların tətbiq edilməsinin vacib olduğunu bildirib.
 
İdarə Heyəti son vaxtlar yaranmış iqtisadi böhranın aradan qaldırılması adı altında bəzi məmurların ölkədə sistemli dəyişiklilər edilməsi,  sərbəst bazar iqtisadiyatının tələblərinə zidd olaraq iqtisadiyyat üzərində dövlət nəzarətinin gücləndirilməsi barədə verdiyi bəyantalara münasibət bildirib və bu cür cəhdləri totalitarizm iqtisadiyyatına qayıdış cəhdi kimi dəyərləndirib.
 
İdarə Heyəti son vaxtlar vətəndaşların hüquqlarının müdafiəçisi simasında cıxış edən vəkillərin sıxışdırılması, vəkillik instutu üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi, ölkənin müxalif kəsiminə aid vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan vəkillərə təzyiqlər göstərilməsi, onları muxtəlif bəhanələrlə üzv olduqları vəkillər kollegiyasından uzaqlaşdırılması faktlarından cidi narahat olduğunu bildirib və bu cür təzyiqlərin demokratiya, insan hüquq və azadlıqları ilə bir araya sığmadığını diqqətə çatdırıb.
 
Qeyd edilib ki,  Azərbaycanda vəkillik xidmətinin beynəlxalq tələblərdən aşağı səviyyədə olmasına rəğmən vəkillərin hüquqlarının məhdudlaşdırılması, bir sıra tanınmış vəkil və hüquq müdafiəçilərinin, o cümlədən - A.İsmayılov, N.Səfərov, Q.Məmmədov, O.Kazımov,  E.Sadıqov və başqalarının peşə fəaliyyətinə siyasi basqılar edilməsi onların vətəndaşların hüquqlarının effektli müdafiəçisi rolunda çıxış etməkdən məhrum edir.

Загрузка...
Загрузка...