Kəramət Böyükçöl bu dəfə Elçibəyi təhqir etdi

Qalmaqallı mövqeyi və çıxışları ilə gündəmə gələn gənc yazar bu dəfə də diqqət çəkməyi bacarıb.
Minval.info xəbər verir ki, sərt reaksiyalarla qarşılaşan Kəramət Böyükçölün sonradan yazdıqlarına görə üzr istəməyi adi hal alıb. Lakin yazar yenə öz işindən əl çəkməyib və ənənəsinə davam edib. O, bu dəfə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyi təhqir edib.
“Mən Əbülfəz Elçibəyi ona görə çox istəyirəm ki, o, “alkaş” idi. Hər gün içirmi. O da vurub Türkan Şoraydan ötrü ağlayardı, mən də içəndə keçmiş sevgim yadıma düşür. Ona görə də kişini çox istəyirəm. Elçibəy əsil həyat idi. O getdi, həyat da getdi. Deyirəm, mən Elçibəy kimi adamam, inanmırsınız” – K.Böyükçöl bildirib.
Onun bu sözləri insanlar tərəfindən birmənalı qarşılanmayıb. Kəramət həmişə olduğu kimi tənqid hədəfinə tuş gəlib.

Загрузка...
Загрузка...