Kralın ağır ittihamı Türkiyə ilə müttəfiqliyi poza bilər

İordaniya kralı Abdulla Türkiyəni Avropaya qəsdən terrorçu göndərməkdə ittiham edib.
Turaninfo.az Cebhe.info-ya istinadən  xəbər verir ki, “The Independent” kralın bu iddia ilə ABŞ Konqresində çıxış etdiyini yazıb.
Məlumata görə, kral bu iddianı hələ yanvarın 11-də səsləndirib, lakin bu barədə heç bir yerdə məlumat yayılmayıb.
Konqresmenlərlə görüşündə kral bildirib ki, Türkiyə Avropaya göndərmək üçün terrorçular hazırlayır. Türkiyəni İŞİD-dən neft almaqda da ittiham edən kral terroçuların Avropaya göndərilməsini siyasətin bir hissəsi hesab edib.
Nəşrin yazdığına görə, Türkiyə və İordaniya rəsmi müttəfiqdir, lakin qaçqın problemi iki ölkə arasındakı münasibətləri pozub. Kral Abdulla Türkiyənin Avropa Birliyi ilə razılaşmasının əleyhinədir.
Belə ki, kral əhalisi Türkiyədən 10 dəfə olmasına bxmayaraq ölkəsinin daha çox qaçqın qəbul etdiyini, ancaq Avropa Birliyinin adekvat münasibət göstərmədiyini düşünür.