Korrupsiyaya bulaşan məmurun evinin divarından sərvət çıxdı – 10 milyon dollar+VİDEO

Çində korrupsiya araşdırması çərçivəsində bir mənzildə axtarış aparan polis divarın içində gizlədilmiş təxminən 10 milyon dollar dəyərində Çin yuanı tapıb.
 
Cahanpress Türkiyənin “Haberler.com” saytına istinadla xəbər verir ki, “Shuang Fei” kimi tanınan gübrə şirkətinin korrupsiyaya bulaşdığı və rüşvətlə iş apardığı xəbərini alan polis əməliyyat keçirib.
 
İstintaq nəticəsində biri şirkətin qanuni nümayəndəsi olmaqla 4 nəfər həbs edilib. Polis qanuni nümayəndənin evində axtarış apararkən divarların arasında gizlədilmiş 60 milyon yuan aşkarlayıb

Загрузка...
Загрузка...