​"Koroğlu" metrostansiyasında intihar - Son dəqiqə (Foto)

 
Hal-hazırda qatarların hərəkəti bərpa olunub
 
***
 
Hadisə yeri mühasirəyə alınıb. Hal-hazırda yaralının xəstəxanaya aparıldığı bildirilir.
 
***
 
Bu saatlarda Bakı metropoliteninin "Koroğlu" stansiyasında intihar hadisəsi baş verib.
 
Ölkə.Az-ın hadisə yerindəki əməkdaşı xəbər verir ki, orta yaşlı bir kişi özünü qəflətən stansiyaya daxil olan qatarın altına atıb.
 
Kişinin qatarın altında qalaraq ağır yaralandığı bildirilir.
 
Hadisənin detalları haqda irəliləyən dəqiqələrdə oxucularımıza məlumat verəcəyik.