Könül Zalovanın qətli ilə bağlı keçirilən məhkəmə prosesində gözlənilməz qərar qəbul edildi

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil bunu cinayət işində intim məsələlərin yer alması ilə əlaqələndirib. Məhkəmə vəsatəti təmin edib və jurnalistlər zaldan çıxarılıb.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata əsasən, 2016-cı ilin yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
 
Məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini E.Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.
 
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan E.Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Загрузка...
Загрузка...