“Kontenin “Çelsi”yə keçməsi biabırçılıqdır” – Maradona

Əfsanəvi Dieqo Maradona İtaliya millisinin çalışdırıcısı Antonio Kontenin “Çelsi” ilə müqavilə bağlamasını tənqid edib.
Turaninfo.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o bildirib ki, İtaliya kimi milliyə rəhbərlik edən bir şəxs “Çelsi”də işləməməli idi:
“Kontenin “Çelsi”yə getməsinə münasibətim pisdir. Bu, biabirçılıqdır”.
Maradona hazırda Argentina futbolunda durumun yaxşı olmadığını da deyib: “Mən indi İtaliyanın heç bir klubuna argentinalı futbolçu tövsiyə edə bilmərəm. Sonuncu dəfə “Boka Xuniors”la “River Pleyt”in oyunu mənə B seriyasının matçlarını xatırlatdı”.