“Kontakt Home” daha bir müştərisini aldadıb - Foto

“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlərin ardı-arası kəsilmir. Politika.Az-a daxil olan məlumatda bildirilir ki, daha bir vətəndaş - Ramin Həbiboğlu şirkət tərəfindən aldadıldığını söyləyib
 
Onun sözlərinə görə, iyunun 25-də “İnşaatçılar” metrosu yaxınlığındakı mağazadan (Şərifzadə 636) İphone SE 64 GB telefonu nəğd şəkildə alıb: “Ertəsi gün telefonda yalnız səsgücləndirici ilə danışmaq mümkün olduğunu aşkar edib, həmin tarixdə də mağazaya yaxınlaşdım. Tələbim yenisi ilə əvəz olunması oldu.
Satıcı da bu halın şahidi olub, təsdiqlənməsi üçün məni oz servislərinə yolladı. Həftə sonu qeyri-iş günü olduğundan 28/06/2016 tarixində servizə verdim, mənə ən gec 3 iş günü ərzində xəbər edəcəklərini bildirdilər. 4-cü iş günü xəbər çıxmadığından şikayət şöbəsinə zəng edərək bildirdim”.
 
Müştəri deyir ki, servisdən ona xəbər veriblər: “Ki, gəlib telefonunuzu götürə bilərsiniz. Servis telefonumu şəkildəki kimi özlərinə məxsus plomblayıb və dedilər biz öz rəyimizi (əlavəyə yükləmişəm) mağazaya bildirmişik, yaxınlaşın ora.
Mağazaya getdim və mağaza müdiri bu məsələ ilə bağlı yanımda təxminən 20-30 dəq kimlərləsə danışdı və məndən 1 gün də möhlət istədi. Sabahısı gün mənə dedi ki, siz telefonu açmısınız və içindən 2-3 detal götürmüsünüz. Uzun-uzadı müzakirələrdən sonra mənim nə pulumun geri qaytarılmasını, nə də malın yenisi ilə əvəz olunmasını təmin etdilər”.
 
R.Həbiboğlu həm firmanın öz nüfuzuna zərbə vurduğunu, həm də istehlakçı hüquqlarının pozulduğunu söyləyib: “Axı mənim nəyimə gərək telefonu nəğd şəkildə alıb içindən detal götürüb sonra da zamanım və əsəblərim getsin?!
 
Əgər bunu etmiş olsa idim servisə getməkdən imtina edər və mağazada digər müştərilərin yanında səs-küy salardım. İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayətimi etdim və gələn həftə xəbər edəcəklərini bildirdilər”.