Konsulun həyat yoldaşı girovluqdan azad oldu (YENİLƏNDİ)

Baxış sayı: 
114

Bu gün axşam saatlarında Malinin Barselonadakı (İspaniya) konsulluğunda girov götürülmüş qadın azad olunub.
Bu barədə Kataloniya polisi öz "Twitter" səhifəsində yazıb. Onu girov götürən kişi saxlanılıb.
***
Malinin Barselonadakı fəxri konsulluğunda naməlum şəxs bir qadını girov götürüb, hazırda onunla danışıqlar aparılır.
“Report” xəbər verir ki, bu barədə Kataloniyanın "Mossos d'Esquadra" hüquq-mühafizə qüvvələrinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Bildirilir ki, girov götürülən qadın Malinin fəxri konsulunun həyat yoldaşıdır. Onu girov götürən də Malidəndir və inzibati vəziyyətinin nizama salınmasını tələb edir. Polisin məlumatına görə, kişinin şəxsiyyəti müəyyən edilib və o, silahsızdır.

Загрузка...
Загрузка...