“Konstitusiyanın dəyişdirilməsi mühüm hadisədir” - Müsavat başqanı

 
“Konstitusiyanın dəyişdirilməsi normal cəmiyyətlər üçün çox mühüm hadisədir”
 
Politika.Az-ın məlumatına görə, bunu Müsvaat başqanı Arif Hacılı sentyabrın 26-da keçiriləcək referendumla bağlı bildirib.
 
Partiya liderinin sözlərinə görə, yalnız ciddi müzakirələr, ictimai debatlardan sonra referendum qərarının qəbul edilməsi mümkündür: “Azərbaycanda isə referendum keçirilməsi qərarı bir həftə ərzində, müzakirələrsiz, ictimai debatlar olmadan qəbul edildi.
 
Bu struktur dəyişikliyi deyil, dövlət quruluşu, idarəçilik sistemi dəyişdirilir. 2 ay ölkənin siyasi həyatı bu məsələyə kilidlənəcək, milyonlarla vəsait xərclənəcək. Bizimlə belə davranışa layiq olmadığımızı təsdiq etməliyik”.