Köhnə sistemlə idarə olunan hakimiyyət demokratiya və islahatlara nə vaxt gedə bilər?

Ölkəmizdə davam edən sosial-siyasi böhranın doğurduğu mənfi nəticələr artıq özünü göstərir. Demək olar ki əksər ərzaq məhsulları 2-2.5 bahalaşıb maaşlar isə ya stabil qalıb ya da əvvəlkindən (devalvasiyadan) bir az da azaldılıb. Xalqın gözəl yaşamaq fikirləri arzu olaraq gözlərində qalıb. Necə deyərlər Xalqın çata bilmədiyi istəyə arzu deyilir. Bəli xalqımız da yaxşı yaşamaq istəyii bir arzuya çevrilib. Ancaq ölkə prezidenti daima xalqı yeni yalanlarla alatmaq yolunu tutub. Hər dəfə tv kanallarında çıxış edən İ.Əliyev işsizliyin 5 faiz həddində olduğunu utanmadan söyləyərək krizisin Azərbaycana təsir etmədiyi haqqında yeni-yeni nağıllar uyduraraq xalqa danışır. Əslində isə açı reallıq necədir?

 
Bəli reallıq ölkə başçısının qeyd etdiyi kimi yalan statik gpstəricilərdən tamamilə uzaq həqiqətlərdən ibarətdir. Hadisələr onu göstərir ki, ya İ.Əliyevə yalan məlumat verilir. Ya da Əliyev yarıtmaz iqtisadi-siyasətini yalanlarla ört-basdır etməklə xalqı allatmağa çalışır. Cənablar axı belə olmaz! Siz nə qədər və nə vaxta qədər bu millətə "pripiska" məlumatlar yedirədəcəksiniz. Onu da xüsusi qeyd etmək istəyirəm ki, İ.Əliyevin atası eks-prezident Heydər Əliyev SSRİ dönəmində Azərbaycanda 1-ci katib olan 1969-1982-ci ilə qədər bir zamanda yalançı statiskayla o zamankı SSRİ rəhbərliyinin "gözünə girməyi" bacarmışdı. Əslində isə bütün dövlət "plan"ları korrusiya ilə ödənilirdi. Yalançı "Sosialist əməyi qəhramanları" düzəldərək özünün bacarıqlı katib kimi sırımağa çalışıb. Bəli, bu o dönəm üçün bəlkədə keçərli idi. Çünki SSRİ-nin ucu-bucağı bilinməyən bir əraziyə malik olması bəlkə də belə şeyləri ört-basdır edə bilərdi. Lakin indi belə oyunlar keçməz! Köhnə yalanlar indi ayaq tutsa da yeriməz. Xalq onsuzda çətinliyi az müddətdə öz həyatında hiss edə bilir.
 
 
Hakimiyyət sosial böhrandan doğa biləcək siyasi gərginliyi demokratik proseslərlə idarə etmək əvəzinə, çarəni müstəqil və müxalif fikirli fəal vətəndaşlara qarşı sərt siyasətdə görür. Repressiv siyasət fəal insanların qarşısını müvəqqəti kəssə də, problemlərin həllini də qəlizləşdirir. Sadə əhalidə ümidsizliyi, çarəsizliyi, qorxunu, tərəddüdü artmaqla yanaşı, iqtidara qarşı neqativ münasibətləri də tədricən dərinləşdirir.
 
 
Daimahəbs ediləcəyini düşünən, hədə-qorxu altında olan cəmiyyətin fəal kəsimi ölkədəki mürəkkəb və ziddiyyətli durumdan öz gücünə necə çıxacağını hələlik qəti müəyyən edə bilməyib. Ara-sıra bəzi səthi müzakirələrə rast gəlsək də sistemli çalışmalar yoxdur. Siyasi proseslərdən uzaq durmaqla başını qorumağı seçən insanların əksəriyyət təşkil etdiyi cəmiyyətlərdə uğurlu demokratik proses başlamaq çox çətindir. Proseslərin əsas yükünü yenə də yetkin və fəal insanlar çəkməli olur.
 
 
Ən pisi də budur ki, yaranmış bu mühitdə fəal insanlarla işləməyin də öz çətinliyi var. Adətən uzun müddət basqı altında mübarizə aparan fəal insanlar ani bir sıçrayışla böyük siyasi uğura nail olmağa can atır. Addım-addım hazırlıq mərhələsini keçmək belə insanlar üçün cansıxıcıdır. Onlar reallıqdan uzaq olsa belə, arzuladıqları fikirləri eşitməkdən xoşlanır və rahatlıqla onun təsirinə düşürlər. Odur ki, bu qəbildən olan çoxsaylı fəal insanları bəzən sistemli və mərhələli hazırlığa cəlb etmək xeyli problemdir.
 
 
Dinc və demokratik dəyişikliklərin yetişdiyini müəyyən etmək üçün mütləq çoxsaylı zəruri paradiqmalar nəzərdən keçirilməli, habelə hazırlıq işləri aparılmalıdır. Onlardan əsasən 4 məsələ üzərində geniş dayanmaq istəyirəm. Birincisi, əlverişli situasiya; ikincisi, asan qavranılan və çoxluğun marağına xidmət edən ideya; üçüncüsü, strukturlaşmış təşkilat və nəhayət dördüncüsü, prosseləri idarə edəcək liderdir.
 
 
Bu dörd məsələ olmadan hakimiyyətin dəyişməsi mümkün deyil. Çünki rejimin xisləti acıması və amansızdır. Çox təssüf ki, İndiki hakimiyyəti xoşluqla yola salmaq mümkün deyil! 

P.S. Çox təssüf ki, belə rejimlər tarixdə çox olub. Sonda da xalq belə rejimləri zor gücünə dəyişdrib.
Əslində belə olmasını istəməsək də, hakimiyyətin xalqı əzməsini durdurmaq mümkün deyil. Sual oluna bilər, bizim hakimiyyət özü islahatlara gedib kataklizmalardan uzaqlaşa bilərmi?

Загрузка...
Загрузка...