“Kəndlərdə insanlar vedrə ilə un almağa başlayıb” - Qüdrət Həsənquliyevdən Musa Quliyevə sərt cavab

 
“Bu gün əhalinin aztəmiantlı təbəqəsinə verilən ünvanlı sosial yardımların kəsilməsi məsələsi, təklifi cəmiyyətdə əlavə gərginlik və stress yaradacaq. Ona görə də indiki çətin məqamda belə fikirlər səsləndirməkdən uzaq olmalıyıq”
 
Politika.Az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirəsi zamanı deyib.
 
Onun sözlərinə görə, parlamentdə bir sıra həmkarı ünvanlı sosial yardımın kəsilməsi təklifi ilə çıxış edib:
 
“Bunun da səbəbini ünvanlı sosial yardımın verilməsindəki qeyri-şəffalıqla izah ediblər. Hesab edirəm ki, bu, çıxış yolu deyil. Əgər ünvanlı sosial yardımın verilməsi dayandırılarsa, bu, cəmiyyətdə əlavə gərginliyə səbəb olacaq. Heç olmasa, əhalinin aztəminatlı təbəqəsi bu yardımdan istifadə etməklə, özünü birtəhər dolandırır. Ona görə cəmiyyətdə əlavə stress yaradacaq təkliflərdən uzaq olmaq lazımdır. Hesab edirəm ki, belə məsələnin gündəmə gətirilməsi ədalətsiz yanaşmadır”.
Millət vəkili hökumətə ehtiyac meyarının da yaşayış minimumu səviyyəsinə çatdırılmasını təklif edib.

 
O, bildirib ki, heç olmasa, az maaş və pensiya alanlar bu vəsaitlə dükandakı borclarının bir qismini ödəyə bilsinlər.
 
“Bildiyiniz kimi, regionlarda vəziyyət daha ağır olduğundan məsləyə diqqətlə yanaşmaq lazımdır. Artıq kəndlərdə insanlar vedrə ilə un almağa başlayıblar”.

Загрузка...
Загрузка...