Kənan M.M üsyan etdi: “Mənim yerim Azərbaycan deyil”

Rejissor Kənan M.M son dövlərdə çəkilən komediya filmlərindən şikayət edib.
 
Kənan M.M kinoteatrları da tənqid etməkdən çəkinməyib: “Ağzını-gözünü eybəcər hala salıb, bizdə kino var deyənlər, salamatçılıqdır? Sizi qınamıram, indiki Azərbaycan kinoteatrları ciddi filmlərin qatilləridir. Çünki ciddi filmdə pul yoxdur.
 
Ancaq "Yutub" zarafatlarından ibarət komediyalar. Unutmayın ki, bir millətin tamaşaçısı nəyə üstünlük verirsə, rejissorlar da onu çəkir. Allah ciddi Azərbaycan filmlərinə rəhmət eləsin. Mənim və bir neçə rejissorun yeri Azərbaycan deyil”(Teleqraf.com)