Kənan MM özünü biabır etdi: "Oğurlamışam əcəb eləmişəm, ağıllı ol, səni.. "

 
Salam Sarvanın şeirlərini oğurlamaqda sosial şəbəkənin bu günki “fenomeni”nə çevrilən rejissor Kənan MM yeni qalmaqala imza atıb.
 
Missiya.Az-ın məlumatına görə, rejissor özünün sosial şəbəkədəki hesabından tamaşaçıları əxlaqa zidd sözlərələ təhqir edib:
 
“Ailəsi ilə bərabər “Muhteşem yuz yıl”da Hürrəmlə Sultan Suleymanın hamamda cimişmə səhnəsini, “Aşkı-Memnu”da Bihtərlə Bəhlülün bir-birini cırmaqlama səhnəsinə, “Kara sevda”da Kamal ilə Nihanın öpüşmə səhnəsinə baxan tərbiyəli tamaşacılar tərəfindən ilin ən tərbiyəsiz rejissoru seçildim- “Gece Qonagi” filmindən sonra. Hoppanım sizin tərbiyənizə. Biz tərbiyəni həmişə tərbiyəsizə baxıb öyrənmişik 1-0″ 
 

Kənan MM-in təhqirləri bununla da bitməyib. Salam Sarvanın rejissorla bağlı fikrinə rəy bildirən jurnalist və şair Sərdar Amin də Kənan MM-in təhqirlərinə məruz qalıb. Özünü cilovlamaq istəməyən yaxud cilovlaya bilməyən Kənan jurnalistə “var-yox” söyüşü söyüb. Sərdar Amin isə cavabında onun səviyyəsinə düşməyəcəyini bildirib.