​Kənan M.M: “Onlar axırımıza belə çıxırlar...”

 
Kinoteatrlar yeni çəkilən Azərbaycan filmlərinin axırına çıxır.
 
Bu sözləri rejissor Kənan M.M. Azərbaycan filmlərinə kinoteatrların münasibəti haqda Axar.az-a danışarkən deyib. O, kinoteatrların Azərbaycan filmlərinə laqeyd olduğunu bildirib:
 
“Türk filmlərinə göstərdikləri münasibətin bir faizini belə öz filmlərimizə göstərmirlər. Mənə deyir, çəkdiyin filmin gəlirinin 60 faizi mənimdir. Sən mənimlə birlikdə film çəkmisən ki, gəlirin 60 faizini sənə verim? Yalandan iki dənə işıq tutub film göstərmisən də! Bax, belə-belə şeylərlə filmlərimizi məhv edirlər. İlk filmindən sonra müflis olan adam ikinci dəfə necə film çəksin axı?”