Kənan MM-dən həyat yoldaşına JEST: “Bir könül sındırmışam” – VİDEO

 
Ötən günlərdə yeni filmi “Gecə qonağı 2”-nin tizerini yayımlayan Kənan MM həyat yoldaşına jest edib.
Publika.az xəbər verir ki, rejissor baş rollarını aktrisa Pərvin Abıyeva ilə paylaşdığı filmə Aygün Mahmudovanı da daxil edib.
Belə ki, filmin soundtrekinin sənətçinin həyat yoldaşının oxuduğu üzə çıxıb. Bu barədə saytımıza açıqlama verən Kənan MM faktı təsdiqləyib:
“Mərhum bəstəkarımız Ramiz Mirişili ilə söhbətimiz olmuşdu ki, Aygün onun mahnılarından ibarət bir albom çıxarsın. Lakin onda yeni ailə qurmuşduq, elə oldu ki, alınmadı. Mən də fikirləşdim ki, həm köhnə mahnıdır, həm də Ramiz bəyin arzusunu həyata keçirmiş olaram. Filmin PR-i ümumilikdə bu mahnı üzərindədir”.
Rejissor “Gecə qonağı 2”-də əlavə iki mahnının da istifadə edildiyini bildirib. Bunlardan biri əməkdar artist Röya Ayxanın “Dostumsan, yoxsa sevgilim?”, Ramalın ifasında olan “Mən səni bu qədər sevməməliydim” mahnısıdır.
Qeyd edək ki,filmin soundtreki mərhum sənətkar, xalq artisti Şövkət Ələkbərovanın “Bir könül sındırmışam” adlı mahnısıdır. Mahnının sözləri İslam Səfərlinin, musiqisi isə Ramiz Mirişlinindir.

Загрузка...
Загрузка...