Kəmaləddin Heydərov vitse-prezident təyin edildi

O, bu etimada Dünya Taekvondo Federasiyasının prezidenti tərəfindən layiq görülüb
 
Azərbaycanın fövqəladə hallar naziri, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.
 
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən növbəti dəfə layiq görülüb.
 
Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən təyin edilir.

Загрузка...
Загрузка...