Kloun az qala faciə törədəcəkdi - VİDEO

Böyük Britaniyanın Cənubi Uels inzibati ərazisində yerləşən Blekvud şəhərində bir sirkdə faciə yaşanmasının qarşısı alınıb.
Tamaşa zamanı kloun səhnəyə 37 yaşlı Ben Hanxemi dəvət edib. Sadə nömrə əvəzinə klon az qala könüllünün ölümünə səbəb olacaqdı.
Musavat.com xəbər verir ki, kadrlardan da göründüyü kimi, kloun tamaşaçının əyilməsini xahiş edir. Sonra isə onun boynundan yapışıb, fırladaraq döşəməyə atır.
Nəticədə, başından güclü zərbə alan B.Hanxem huşunu itirib. Zərərçəkən müxtəlif zədələrlə xəstəxanaya çatdırılıb.
Hazırda xəstə özün yaxşı hiss edir.