Klintonun səhhətindən son xəbər

 
Hillari Klintonun pnevmoniyadan başqa digər xəstəliyi yoxdur.
 
Axar.az xəbər verir ki, bu barədə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun köməkçisi Brayan Fellon məlumat verib.
 
Onun sözlərinə görə, bir neçə günə xanım Klinton seçkiqabağı kampaniyanı davam etdirəcək:
 
“Klintonun səhhəti üçün heç bir təhlükə yoxdur. O, yalnız pnevmoniyadan əziyyət çəkir. Həftənin ortası və yaxud axırında xanım Klinton seçkiqabağı kampaniyanı davam etdirəcək”.
 
Xatırladaq ki, ötən gün Hillari Klintonun halı pisləşib.