​Klintondan Türkiyə ilə bağlı geri addım

 
Bir həftə əvvəl YPG/PKK silahlılarına yardım vəd edən Hillari Klinton geri addım atıb.
 
Axar.az xəbər verir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Türkiyə ilə əlaqələri pozmayacaq.
 
Bu barədə məlumat verən Klintonun xarici siyasət üzrə müşaviri Laura Rozenberqer Türkiyənin uzun müddət tələb etdiyi təhlükəsiz bölgə planının reallaşacağını deyib:
 
“Türkiyə ilə çalışmaq Klinton üçün çox önəmlidir. Türklər NATO müttəfiqimizdir, xeyli fərqli mövzularda ABŞ-ın çox önəmli strateji tərəfdaşıdır. Klinton qətiyyətlə Ankara ilə çalışmaq niyyətindədir”.
 
Xatırladaq ki, Klinton rəqibi Donald Trampla keçirdiyi ikinci debatda kürdləri silahlandıracağını demişdi:
 
“Kürdlər İraqda olduğu kimi, Suriyada da ən yaxşı müttəfiqimizdir. Onlar bizim oradakı gücümz olacaq”.