“Kəklikotu” dəmləndi – Məşhurların DEKOLTE YARIŞI – FOTO/VİDEO

Baxış sayı: 
173
0  
0  

 
Dünən gecə “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu filminin qala gecəsi keçirilib.
Publika.az xəbər verir ki, onu digər gecələrdən fərqləndirən isə təqdimatın ilk dəfə olaraq “Elektra Events Hall”da baş tutmasıdır.
 
 
 
 
Pulsuz popkorn, enerji içkilərinin paylanıldığı gecədə ilk olaraq qırmızı xalıda ekran işində rol alan 20-dən çox məşhur görünüb. Onlar kameralara poz verərək, qonaqlarla salamlaşıblar. Gecədə bütün diqqətləri üzərinə çəkən isə Dilarə Kazımova və Nigar Camal olub. Nigar qara sinə dekolteli və uzu quyruqlu libasa, Dilarə isə tünd qırmızı rəngli geyimə üstünlük verib.
 
 
 
Təqdimata qatılanlar arasında aktrisalar Pərvin Abıyeva və Natavan Əfəndiyeva cəsarətli geyimləri ilə gecəyə damğa vurub. Oksana Rəsulova isə qırmızı libası ilə göz oxşayıb.
 
 
Xarici filmlərə həsədi aradan qaldıran “Kəklikotu” şit olmayan zarafatları, Nigar Camalın möhtəşəm döyüş səhnələri və Dilarə Kazımovanın ifa etdiyi “Dəm” soundtreki ilə izləyənlərin marağına səbəb olub. Gecənin sonunda “Afterparty” keçirilib.
 
Qeyd edək ki, filmdə meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlunun bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satmasından bəhs edilir. Ancaq kisədə kəklikotu yox, qurudulmuş marixuana olduğu məlum olub.
 
Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur, rejissorları Cəfər Axundzadə və Vüqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru isə Xətai Əlidir.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...