KİV: Ərdoğanı Rusiya xilas etdi

 
Türkiyənin milli kəşfiyyatı hazırlanan hərbi çevriliş barədə Rusiyanın Müdafiə Nazirliyindən xəbərdarlıq alıb.
 
Rusiya Türkiyədəki hərbi çevriliş cəhdinə bir neçə saat qalmış prezident Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib.
 
Agentliyin xəbərinə əsasən, məlumatı bir neçə ərəb kütləvi informasiya vasitələrinə Ankaradakı diplomatik mənbələr veriblər.
 
Məluamtda bildirilir ki, Türkiyənin milli kəşfiyyatı hazırlanan hərbi çevriliş barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyindən alıb.
 
Doplomatların sözlərinə görə,  regionda yerləşən Rusiya ordusu çevrilişə cəhd göstərən hərbçilərin danışıqlarını tuta bilib və radio məlumatlarının kodlarını açıb.
 
Həmin məlumatlarda Türkiyə ordusunun Ankarada ölkə hakimiyyətinə qarşı çevrilişə başlamağa hazır olduğu deyilirmiş.