Kişini güllələdi, sonra bağ evinə gedib... - Xaçmazda dəhşət

Baxış sayı: 
309
0  
0  

 
Xaçmaz rayonunda güllələnmə hadisəsi baş verib.
 
Teleqraf.com xəbər verir ki, rayonun Qımılqışlaq kəndində 61 yaşlı Abdulağa Mehrəliyev güllələnib.
 
O, xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Məlumata görə, Abdulağa Mehrəliyev həmkəndlisinin ov tüfəngindən açdığı atəş nəticəsində bel nahiyyəsindən güllə yarası alıb. Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
 
Abdulağa Mehrəliyev həmkəndlisini söyüb, həmin şəxs də ov tüfəngi ilə onu vurub. Hadisəni törədən şəxsin həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
 
Daxili İşlər Nazirliyi Xaçmaz rayonunun Qımılqışlaq kəndində baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.
 
Məlumatda deyilir ki, kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi, 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib, sonra “VAZ-21011” markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib.
 
Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
 
Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
 
Araşdırma aparılır.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...