Kişilərin ağlını başdan alan rus qızları ilə bağlı İNANILMAZ XƏBƏRDARLIQ - FOTO

Baxış sayı: 
199

Keçmiş agent Sergey Skirpal və qızının zəhərlənməsindən sonra qarşı-qarşıya gələn İngiltərə-Rusiya arasında yeni böhran ortaya çıxıb.
Publika.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası 2018 Dünya Çempionatına qatılacaq futbolçularına xəbərdarlıq edib.
Federasiya bildirib ki, futbolçular ictimai məkanlarda və hotellərdə internetdən istifadə edərkən xüsusilə diqqətli olmalıdır. Çünki onların mobil vasitələri Rusiya kəşfiyyat idarəsi tərəfindən izlənəcək və şantaj üçün detallar axtarılacaq. Xüsusilə, çempionat ərzində özəl məlumatların qorunması vacibdir.
Əlavə olaraq, Bukinqam Universitetinin Təhlükəsizlik və Kəşfiyyat Fakültəsinin dekanı Entoni Qless “Daily Express” qəzetinə verdiyi açıqlamada futbolçuların rusiyalı qadınlar mövzusunda diqqətli olmasını məsləhət görüb. O bildirib ki, futbolçular və texniki heyət lazımi ləvazimatlarını və ərzaqlarını İngiltərədən özləri ilə birgə aparsa da, Rusiyada heç kimdən hər hansı bir ərzaq məhsulu almamalı və kiminsə dəvətini qəbul etməməlidir:
“Əsas problem futbolçuları rusiyalı qadınlardan uzaq tutmaqdır. Qadınlar gözəllikləri ilə futbolçuların ağıllarını başlarından ala, bu yolla önəmli bir matçdan öncə şantaj edilə bilərlər. Bu hadisələrin dünya tarixində təcrübəsi var”.
Ev sahibi İngiltərə Federasiyasının bu xəbərdarlığına biganə qalmayıb. Rusiya tərəfi “kuboku ala bilməyəcəkləri üçün indidən bəhanələr edirlər” şərhini verib.
Qeyd edək ki, çempionatdan öncə İngiltərə təmsilçilərinə təhlükəsizlik və özünü qorumaq məsələlərində təlimlər keçiriləcək.
Zümrüd

Загрузка...
Загрузка...