​Kişiləri cazibədar edən əsas sirr tapıldı: Bu nə əzələlər, nə də yumor hissidir

 
 
 
Yəqin ki bu sualın cavabını əsrlər boyu axtaran insanların sayı çox olub.
 
Cəmiyyətdə hökm sürən fikrə əsasən, qadınları kişilərdə cəlb edən xüsusiyyət ya onun xarici görünüşü, ya da yumor hissi olmalıdır. Lakin son tədqiqatlar bu fikrin yalnış olduğunu bizə sübut edir. Əslində qadınları cəlb edən şey tamamilə fərqli nöqtə imiş.
 
Bu mövzuda bir neçə təcrübə aparan kanadalı alimlər çox maraqlı nəticələrə gəliblər. Belə ki, araşdırmalar göstərir ki, qadınları ən çox cəlb edən şey kişilərin başqalarına kömək və xeyirxahlıq etmək bacarıqlarıdır. İnsanlara kömək edən və xeyirxah əməllərlə məşğul olan kişilər qadınlar üçün daha maraqlı gəlir. Bu məqamda xeyirxah əməlin miqyasının çox əhəmiyyəti yoxdur - yolda qalan kiməsə maşını işə salmağa kömək etmək və ya minlərlə uşağı doydurmaq, hər ikisi insani keyfiyyətlərin göstəricisidir.
 
Başqa bir təcrübədə qadınlardan özləri üçün iki kişi seçmək tələb olunur. Bu kişilərdən biri uzunmüddətli münasibət, digəri isə sadəcə bir görüş üçün nəzərdən keçirilməliydi. Yaraşıqlı və adi görünüşdə onlarla kişi şəklindən əlavə, hər şəklin altında bu şəxslərin xeyirxah əməllərini də qeyd edirlər. Heç bir xeyriyyə ilə məşğul olmayanlarda da bu fakt qeyd edilir.
 
Nəticədə qadınlar bir görüş üçün yaraşıqlı, lakin uzunmüddətli münasibət üçün yaraşıqlı olub-olmamasından asılı olmayaraq xeyirxah kişilərə üstünlük verirlər.
 
Belə məlum olur ki, qadınlar xeyirxahlıq amilini tamamilə fərqli aspektdən yanaşaraq dəyərləndirirlər. Onlar düşünür ki, kişinin altruizm hissi onun necə ata olacağının ən bariz göstəricisidir. Həm də bununla kişinin necə həyat yoldaşı olacağını da müəyyən etmək mümkündür. Qeyd edək ki, bu kimi təcrübə kişilər arasında da keçirilin və onlar da uzunmüddətli münasibətlər üçün xeyirxah qadınları seçiblər. Bu da qadınların yaxşı ana olacaqlarının göstəricisi hesab edilib.
 
Əlbəttə, bütün bu qeyd etdiklərimiz yumor hissi və xarici görünüşün heç bir əhəmiyyət kəsb etmədiyi anlamına gəlmir. Yaxşı zarafat etmək bacarığı hər zaman baş ucalığıdır. Xarici görünüş də sizin yaxşı təəssürat yaratmağınız üçün köməkçi funksiya ola bilər. Lakin, ilkin tanışlıqdan sonra əsas məsələ tamamilə insani keyfiyyətlər üzərində həll olunur