Kişidən keçmiş arvadına qarşı ŞOK ADDIM - Sumqayıtda

Sumqayıt şəhərində keçmiş həyat yoldaşını öldürməkdə ittiham olunan 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, qətl hadisəsi Sumqayıtda Corat qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini 35 yaşlı Ramil Şükürov keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 17 bıçaq zərbəsi vurub.
Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və Ramil Şükürovla aralarında uzun müddətdir mübahisənin olduğu ortaya çıxıb. Hadisəni törədən Ramil Şükürov özü könüllü olaraq polis idarəsinə gəlib və hər şeyi olduğu kimi etiraf edib.
Məhkəmə baxışı noyabrın 28-nə təyin olunub.
Hacı Zeynalov

Загрузка...
Загрузка...