​Kişi xəstəliklərinin qarşısına alan qidalar – ARAŞDIRMA

 
Hər bir kişidə yaranan xəstəliklər yaş irəlilədikcə bədənin daha çox üzvlərinə nüfuz etməyə başlayır.
 
A24.az xəbər verir ki, müəyyən yaşa çatan kişilərdə yaşanan hormonal dəyişikliklər onların fəallığının aşağı düşməsinə səbəb olur. Kişilərin yaş irəlilədikcə ortaya çıxan ən böyük narahatlıqlarından biri də onların prostat vəzinin böyüməsidir.
 
Aşağıda adı çəkilən qidalar sizə bu narahatlıqlardan qorunmaq üçün yardımçı olacaq.
 
Selen tərkibli qidalar
Selen ( Mendeleyevin elementlərin dövri sistemində 34-cü element) mineralı yaşı irəliləmiş bəylər üçün çox mühimdir. Meyvə və tərəvəzlərin əksəriyyəti, dəniz məhsulları, sarımsaq və yumurta kimi qidalar bu maddə ilə zəngindir. Aparılan araşdırmalara görə, selen tərkibli yeməklərlə bəslənən kişilərdə prostat vəzi və bu tipli xəstəliklərin rast gəlinməsi 50%-ə qədər azalır.
 
 
Sink tərkibli qidalar
Sink hüceyrə sağlamlığı üçün çox mühim maddədir. Hüceyrələrin maddələr mübadiləsi və canlı yaşaması üçün sink çox vacibdir. Sink prostat xərçənginin qarşısını alır və digər xəstəliklərə qarşı da qalxan yaradır. Qabıqlı dəniz məhsulları başda olmaqla süd, fındıq və paxla məhsullar adıçəkilən qidaların tərkibində çoxdur.
 

 
Yağsız protein mənbələri
Amino asitlərin birləşməsi ilə yaranan proteinlər vücudda hüceyrələrin yaranması üçün çox önəmlidir. Xüsusilə də qırmızı ət, süd, yumurta kimi heyvan mənşəli yeməklər zəngin protein qaynağına sahibdir. Lakin onların tərkibi doymuş yağla zəngindir. Buna görə də, kişi xəstəliyinin bəlasıdır. Yağsız protein tərkibli qidalar isə əksinə çox xeyirlidir. Az yağlı və ya yağsız süd və süd məhsulları, yağsız qatıq, yoqurt, yumurtanın ağı, toyuq və hinduşka əti, somon balığı, ton balığı kimi ağ ətli yeməklər, mərci və bəzi paxlalılar kişi xəstəliklərnin qarşısını alan başlıca qidalardandır.
 
Xüsusilə soyuq su balıqları ən yaxşı yağsız proteinə sahibdirlər.
 
 
Likopen tərkibli məmulatlar
Likopen deyildikdə sözsüz ki, ağla ilk öncə pomidor gəlir. Pomidor prostat xəstəliyindən qoruyur və xərçəngin qarşısını alır. Buna görə, pomidor tomatı, pomidor sousu və təbii ketçup, pomidor tərkibli qidalar qoruyuculuq qabiliyyətinə görə çox vacibdir. Xüsusilə pomidor kimi qırmızı rəngli meyvə və tərəvəzlərdə rast gəlinən likopen həmçinin, qarpız, quşburnu, greyfud və quavada da var.
 
 
Taxıl məhsulları
Zəngin lif tərkili olması ilə yanaşı hüceyrə sağlamlığı üçün də tərkibində lazımı qədər protein olan bu məhsullar xərçəngli hüceyrələrin böyüməsinin qarşısına alır. Eyni zamanda kəpək də prostat sağlamlığı üçün çox önəmlidir. Qan şəkərinin düşürülməsində istifadə olunan taxıl bitkiləri kişi xəstəliklərinin müalicəsində geniş istifadə olunur.
 
Various grains, pasta and beans
 
 
 
Meyvələr
Hər bir meyvənin tərkibində ona rəng qazandıran  antioksidantlar var. Buna görə də, nə qədər fərqli rəngli meyvə qəbul etsək, o qədər fərqli və böyük miqdarda antioksidant qəbul etmiş oluruq. Tərkibində yöksək miqdarda antioksidant olan meyvələr bunlardır: kivi, çiyələk, manqo, üzüm, gilas, ərik, qarpız, yemiş, greyfud və portağal.