“Kiralık aşk”-ın aktrisası işini itirdi

 
Elçin Sanqu kosmetik firmasının reklam çarxlarında oynamaq üçün 600 min dollar pul tələb edib.
Turaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, astronomik qonorar tələb edən aktrisanın istəyinə təəccüblənən şirkət Hande Erçellə müqavilə imzalayıb. Hande isə 350 min Tl-lik reklam təklifi ilə dərhal razılaşıb.
Bir çox reklamlarda oynayan “Kiralık aşk” serialının baş rol ifaçısı Elçin Sanqu daha yüksək qiymət oxumaq istəsə də, nəticədə Əli aşından da, Vəli aşından da olub.
Məlumat üçün bildirək ki, aktrisa ilin əvvəlində məşhur şampun şirkəti ilə 1 milyonluq müqavilə imzalamışdı.
Elçin Sanqu “Kiralık aşk” serialına çəkilməyə başlayanda hər seriyaya görə, 15 min TL alıb, lakin reytinqlərin artması onun qonararınln 45 Tl-yə qalxmasına səbəb olub. Sanqunun şıltaqlıqları ilə çəkiliş heyətini bezdirdiyi də iddia olunur.

Загрузка...
Загрузка...